"İnterpol"a qırmızı bülletenlə axtarışa verilən Rusiya əsilli kriminal şəxs Türkiyədə - Antalyada saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Antalya plisi məlumat yayıb.

Bildirilib ki, Mütəşəkkil cinayətlər üzrə mübarizə idarəsinin əməkdaşları hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan İ.M-ni şəhərdə qandallayıb: "Onun üstündə Rusiyanın saxta sürücülük vəsiqəsi də aşkarlanıb. Müvafiq sənədləşmədənsonra o, Rusiyaya təhciul veriləcək".

Firudin Səfərli

MİA.AZ