Belçikanın VRT televiziyası Eurovision Mahnı Müsabiqəsinin canlı yayımını qəfil dayandıraraq İsrailin əleyhinə mesaj paylaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Flamand dilində yayımlanan VRT İsrailin Qəzzaya hücumlarına etiraz olaraq İsveçin Malmö şəhərində keçirilən Eurovision-un ikinci yarımfinalının əvvəlində yayımını qısa fasiləlik dayandıraraq belə xəbərdarlıq yaylıb:
"Bu, bir həmrəylik aksiyasıdır. İsrail dövlətinin insan haqları pozuntularını pisləyirik. Bundan əlavə, İsrail mətbuat azadlığını məhv edir. Ona görə də yayımımızı bir müddət dayandırırıq. İndi atəşkəs".
Xatırladaq ki, iki Belçikalı nazir də İsrail Qəzzada mülki insanlara qarşı hücumlarına görə həmin ölkənin "Eurovision" Mahnı Müsabiqəsində iştirakına qadağa qoyulmasını tələb etmişdi.
Ləman
MİA.AZ