Türkiyədə 7 polis həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirdə FETÖ-nün polisdəki "ayağı"na qarşı yeni əməliyyat keçirilib.

Məlumata görə, əməliyyatla 7 polis əməkdaşı saxlanılıb: "Ankarada “Qarson” kod adlı gizli şahidin ifadəsi əsasında İzmir Prokurorluğu gizli mesajlaşma ilə əlaqələrini davam etdirən 7 rütbəli polis əməkdaşı elə iş yerlərində qandallanıblar. Onların haqqında həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir".

Tahir Şəlvəli

MİA.AZ