Ziraat Türkiyə Kubokunun yarımfinal matçının revanşında "MKE Ankaragücü" ilə qarşılaşan "Beşiktaş" adını finala yazdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Beşiktaş” 0:0 hesablı ilk oyunun cavabında Ankara klubunu 1:0 hesabı ilə məğlub edib.
Qolu 70-ci dəqiqədə Ernest Muçi vurub.
Bununla da “Beşiktaş” 17-ci dəfə kubokun finalına yüksəlib.
Fərid Aslan
MİA.AZ