Çində xəstəxanada qətliam baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya bıçaqlı hücum olub: "Hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında həyata keçirilib. İlkin məlumata görə, biçaqlı şəxs xəstəxanada 10-dan çox adamı öldürüb, yaralılar var".
Xəbərdə qətliam törədinin adı və hadisənin səbəbi hələlik açıqlanmayıb: "Hücum edən şəxs saxlanılıb. Hadisə ətraflı araşdırılır".
Çinin "Guizhou TV"nin sosial media hesabında isə hücumda 23 nəfərin yaralanması barədə xəbər verilib.
Samir Musayev
MİA.AZ