"Roma"dan ayrıldıqdan sonra işsiz qalan dünyaca məşhur baş məşqçi Joze Mourinyo Türkiyədə işləyəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" klubunun Prezident Ali Koç İsmail Kartalla davam etməməyə qərar verib.

Məlumata görə, klub prezidenti məşhur baş məşqçi Joze Mourinyo ilə ilkin razılığa gəlib: "Əgər Koç klub prezidentliyinə davam edərsə, o, portuqaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq".

Fərid Aslan

MİA.AZ