Çiliylə qarşılaşan Braziliya millisinin fanatları arasında dünyanın ən bahalı modellərindən olan braziliyalı model Adriana Lima da var.

Türkiyə mətbuatı xəbər verir ki, o, çempionat başladığı gündən etibarən sosial şəbəkədə maraqlı şəkillər paylaşmaqla dəstək verir.

Adriana əlində top və Braziliyanın bayraq rəngləri əks edilən geyimlər geyinərək kamera qarşısında pozalar verib. Bu günlərdə isə model milli komandanın köynəyini geyinərək ticarət mərkəzlərindən birində alış-veriş edib.