İspaniya La Liqasında sona 4 həftə qalmış "Real Madrid" çempionluğunu elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, "Real"ın ən yaxın izəyicisi "Barselona"nın xal itirməsindən sonra erkən gerçəkləşib.
Belə ki, liqanın 34-cü həftəsində “Real Madrid” “Santyaqo Bernabeu”da “Kadis”lə qarşılaşıb. Arda Gülərin əss heyətdə meydana çıxdığı matçdan "Real" inamlı qələbə ilə ayrılıb - 3:0.
Bu matçla eyni saatda oynanılan "Girona" - "Barselona" qarşılaşmasından isə ev sahibləri 3-2 qalib gəlib. Bleəlikə, bu qələbə "Girona"nın 2-ci pilləyə yüksəlməsi ilə yanaşı, "Real"ın erkən çempionluğunu indidən təmin edib.
Fərid Aslan
MİA.AZ