İngiltərə çempionatında çıxış edən türkiyəli televiziya sahibi, biznesmen Acun Ilıcanın sahibi olduğu "Hall Siti"nin bu mövsüm Premnyer liqaya yüksəlmək arzusu "gözündə qalıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son turda Siti” “Plimut Arqayl”la qarşılamadan gözlənilməz məğlubiyyət alıb.

"Home Park"da baş tutan oyunda Acun Ilıcanın sahibi olduğu komanda 1:0 hesabı ilə uduzub. Edvardsınn 40-cı dəqiqəsində "Plimut"a qələbə qazandıran qolu matçda yeganə olub. 

Bununla da Acun Ilıcalının "Hall Siti"si 70 xalda qalıb və  pley-off oyunlarından kənarda qalıb. Bu isə o deməkdir ki, klubun Premyer Liqa xəyalı növbəti mövsümə qalıb.

"Plimut" isə bu qələbə ilə xalını 51-ə çatdırıb və liqada qalmasını təmin edib.

Fərid Aslan

MİA.AZ