Türkiyənin "Antalyaspor" klubu adı "Beşiktaş"la hallanan Baş məşqçi Sergen Yalçının yerinə alternativ tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalya klubu vaxtilə "Fənərbağça"nın heyətində xarüqələr yaraan braziliyalı əfsanəsi Aleks de Souza ilə anlaşıb.

Məlumata görə, 45 yaşlı brazilyalı ilə prinsipial razılığa gələn klub yetkliləri Baş məşqçi Sergen Yalçının "Beşiktaş"a gedəcəyi halda dərhal rəsmi müqavilə imzalayacaqlar.

Qeyd edək ki, Aleks de Souza 2023-cü ilin may ayından vəzifəsizdir. O, sonuncu dəfə ölkəsinin komandalarından olan “Avai”nin sükanı arxasında çalışıb.

Fərid Aslan

MİA.AZ