Bu gün "Beşiktaş" superliqanın 35-ci turunda "Rizəspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gərgin keçən oyundan "Beşiktaş" 3-2 hesablı qalibiyyətlə ayrılıb.
"Beşiktaş"ın qollarını 7-ci dəqiqədə Ömər Kolli, 65-ci dəqiqədə Milot Raşica və 90+7-ci dəqiqədə isə Vorral vurub.
“Rizəspor”un qollarına isə 5-ci dəqiqədə İbrahim Olavoy, 68-ci dəqiqədə isə Emirhan Topçu imza atıb.
Bu nəticədən sonra xalını 54-ə yüksəldən "Beşiktaş" 4-cü pillədə qərarlaşıb. "Rizəspor" isə 49 xalla 8-ci pillədədir.
Fərid Aslan
MİA.AZ