Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən ilin fevralın 6-da baş verən dəhşətli zəlzələdə həyatını itirən qapıçı Ahmet Eyüp Türkaslanın 400 min lirəlik (təxminən 21 min manat) borcunun hələ də “Yeni Malatyaspor” klubu tərəfindən ödənilmədiyi məlum olub. 

“Yeni Malatyaspor”un İdarə Heyətinin üzvü Ahmet Özköse bu barədə açıqlamasında baş verən haqsızlıqdan kədərləndiyini bildirib. O, klub  prezident Adil Gevreki istefaya çağırıb: "Hamı bilir ki, zəlzələdən sonra klub üçün 6 milyona əlavə yardım toplanıb. Ancaq buna baxmayarq, mərhum Türkaslanın borcları 8 aydır ödənilməyib".

Ləman

MİA.AZ