"Qalatasaray"ın əfsanəvi hücumçusu, brazilyalı qolçu Mario Jardel TRT SPOR-a müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, karyerasının parlaq dövründə "Qalatasaray"dan ayrıldığına görə peşman olduğunu deyib: 

"Real Madrid"lə oynadıqları Super Kubok matçından söz açan qolçu bildirib ki, o oyun unudulmazdır: ""Qalatasaray"ın qalib gələcəyini heç kim  düşünmürdü. Favorit "Real Madrid" idi. Bu oyunda iki penaltidən qol və 3-cü qızl qol oldu. İllər sonra Portuqaliyada “Real Madrid”in əfsanəvi qapıçısı Kasilyas ilə təsadüfən görüşdüm. Ona "məni xatırlayırsanmı?" dedim. Qayırtdı ki, "əlbəttə,  həyatımı məhv etdin”".

"Qalatasaray"dakı günlərindən danışan Jardel deyib ki, hələ də "Super Mario Jardel" bağırtısını unuda bilmir: "Karyeramı burada bitirə bilərdim. Təəssüf ki, tələsik qərar verərək, fərqli bir yol tutdum. Heyif...".

Fərid Aslan

MİA.AZ