Vaxtilə "Trabzonspor"un qolçusu olan və hazırda "Vilyarreal"də tər tökən norveçli hücumçu Alexander Sörloz La Liqanın bombardirliyinə iddialıdır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, norveçli futbolçu son zamanlar yüksələn performansı ilə seçilir.
O, son turda "Vilyarreal"ın "Rayo Valyekanonu" 3:0 hesabı ilə məğlub etdiyi matçda daha 2 qol vuraraq bu mövsüm liqadakı qollarının sayını 17-yə çatdırıb. Bununla da 28 yaşlı futbolçu bombardirlik yarışında Cude Bellinqhemə yetişib.
Məlumat üçün qeyd edək ki, "Jirona"dan Artem Dovbyk hazırda 19 qolla La Liqada "qol kralı"dır.
“Barselona”dan Robert Levandovski və “Osasuna”dan Ante Budimirin isə aktivində 16 qol var.
Qeyd edək ki, “Trabzonspor” forması ilə 33 qol vuran hücumçu Qara dəniz komandasından ayrıldıqdan sonra "Leypsiq" və "Real Sosyedad"da çıxış edib. Daha sonra o, İspaniyaya yollanıb.
Fərid
MİA.AZ