"İstifadəsini qadağan etdiymiz ölkələrdə milyonlarla insan proqrama gizli şəkildə daxil olur"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “WhatsApp”ın idarəçisi Vill Cathcart BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, mobil tətbiqin qadağan olunduğu ölkələrdə on milyonlarla insan "müvəqqəti texniki yollar"la WhatsApp-a gizli şəkildə daxil olub.

O, xatırladıb ki, ötən ay WhatsApp-ın qadağan olunduğu ölkələr siyahısına Çin də əlavə edilib: "Bundan başqa, İran, Şimali Koreya ve Suriyada şəbəkəmiz qadağandır. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələrdə səsli zəng kimi bəzi funksiyalar məhdudlaşdırılıb. Ancaq dediyim kimi, buradalarda WhatsApp-dan istifadə edən milyonlarla insan qanunsuz yolarla şəbəkəyə qoşulublar...".

Lamiyə Əhmədli 

MİA.AZ