Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsinə seçkilərin daha tez keçirilməsi üçün tələb olunan imzalar toplanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF prezidenti Mehmet Büyükekşinin iyul deyil, may ayında taxtdan salmaq üçün Klublar Birliyi, nəhayət, məqsədinə nail olub.

Məlumata görə, seçkilərin açıqlanan vaxtdan daha tez keçirilməsi üçün tələb olunan 130 səsə qarşı 140 imza toplanıb: "Artıq bu imzaların 120-si TFF-yə rəsmən verilib. 20-si isə notariusda imzalansa da, hələ TFF-yə göndərilməyib. Həmin imzalar bu gün təqdim olunacaq. Klublar Birliyinin mayın 2-dəki iclasında isə imza sahiblərinin siyahısı elan olunacaq. Bununla da TFF-də rəhbər dəyişikliyini tezləşdirən qurultayın vaxtı önə çəkiləcək. Mehmet Büyükekşi artıq prosesi dayandırmaq gücündə deyil...".

Fərid Aslan

MİA.AZ