"Fənərbağça" klubu baş məşqçi İsmayıl Kartalla hücumçu Edin Dzeko arasında problem yoxdur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, bəzi media orqanlarında yayılan xəbərlərn əksinə olaraq, baş məşqçi İsmayıl Kartalla hücumçu Edin Dzeko arasında hr hansı bir incklik olmayıb: "Baş məşqçimizin "Beşiktaş" derbisində onu dəyişməsi sırf taktikası ilə bağlı olub. Azarkeşlərədn və ictimaiyyətdən xahiş edirik ki, bu və buna bənzər saxta xəbərlərə əhəmiyyət verməsinlər”.

Fərid

MİA.AZ