Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) olub.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Aqroservis” ASC məlumat və reportajların televiziya yayımı xidmətlərinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə 11 ay üçün (01.03.2025-ci il tarixinə kimi) 31 min 647 manat 60 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, ölkənin aparıcı televiziya kanallarından biri olan REAL TV tenderin qalibi olan “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-yə məxsusdur.
“Real Təhlil İnformasiya Mərkəzi” MMC 22 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Mirdilavər oğlu Ağayevdir.