Yunanıstanın "Panatinaikos" komandası mövsümün sonunda baş məşqçi Fatih Terimlə yollarını ayıracaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Panatinaikos”un prezidenti Cannis Alafouzos “Aris”ə məğlubiyyətdən sonra Terimlə bağlı fikirini dəyişib.

Yunan mətbuatının məlumatına görə, hətta bəzi klub yetkililəri mayın 15-də keçiriləcək PAOK matçından əvvəl Fatih Terimin göndərilməsini tələb edib, lakin klub rəhbəri müqavilə şərtini əSas gətirərək, mövsümün sonunu gözləməyi vacib sayıb.

İddiaya görə, artıq klubda Terimə əvvəlki isti münasibət qalmayıb: "O və türk köməkçisi artıq çantasını toplayıb hazır vəziyyətdə Türkiyəyə dönüşü gözləyirlər...".

Fərid Aslan

MİA.AZ