"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komanda yoldaşlarının ona "Abi" (Qardaş) deyə xitab elədiklərini deyib: "Məni burada "Arda abi" deyə çağırırlar. Mən də təəccüblənirəm buna. Modriç daha çox mənə "abi" deyir. ancaq bilirəm ki, onlar "abi" sözünün türkcə nə demək olduğunu bilmirlər..."
Xatırladaq ki, Arda son oyun istisna olmaqla, indiyə qədər cəmi 8 oyunda "Real" forması ilə meydana çıxıb ə 2 qol vurub.
Fərid
MİA.AZ