Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” bu gün “Aris”lə qarşılaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyun Fatih Terimin komandası üçün gözlənilməz hesabla bitib.
Belə ki, "Panatinaikos" öz meydanında "Aris"ə 1:0 hesabı ilə məğlub olaraq çempionluq yolunda böyük zərbə alıb.
Məğlubiyyətə qəzəblənən Terim stadionda mobil telefonunu yerə çırpıb.
Yunan azarkeşlər isə onu fitə basaraq istefaya çağırıblar...
Xatırladaq ki, 1:0 hesabı ilə uduzan və ardıcıl ikinci dəfə məğlub olan "Panatinaikos" hazırda 71 xala sahibdir. Turnir cədvəlindıki hazırkı vəzıyyətə görə Terimin komandasınını çempionluq şansı möcüzələrə qalıb...
Zülfiyyə
MİA.AZ