"Fənərbağça"nın "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub etdiyi derbidə zədələnərək oyunu tərk edən ulduz futbolçu İsmail Yüksek qalan 4 turda oynaya bilməyəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, ətraflı müayinədən keçən İsmail Yüksekin topuğunda qırıq aşkarlanıb: "O, ən azı 4-6 həftə meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, İsmayıl artıq qalan matçlarda komandaya kömək edə bilməyəcək".
Fərid
MİA.AZ