Mövsümün əvvəlində "Fənərbağça"dan PAOK-a pulsuz transfer olunan Alli Samatta indi də orada qaçırdığı qol fürsətlərinə görə tənqidlərə tuş gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq yunan azarkeşləri onun komandadan qovulmasını tələb etməyə başlayıblar.
Məlumata gərə, samatta PAOK-da indiyədək 33 matçda meydana çıxsa da, cəmi 3 qol vurub, 3 məhsuldar ötürmə verib: "Tanzaniyalı mərkəz hücumçusu Türkiyədə olduğu kimi, Yunanıstanda da əlverişli fürsətləri sağa-qola xərcləyib. Bu səbəbdən 31 yaşlı futbolçu azarkeşlərin qəzəbinə səbəb olub..."
Yunanıstan mətbuatı yazır ki, təcrübəli hücumçu mövsümün sonunda klubdan göndəriləcək.
Onu da qeyd edək ki, samatta yunan klubundan ilə 1,2 milyon avro qazanır.
Fərid
MİA.AZ