ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə sözçüsü istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
2022-ci ilin avqust ayından ABŞ Dövlət Departamentində Yaxın Şərq və Şimali Afrika üzrə sözçü vəzifəsində olan Hala Rharrit ölkəsinin Qəzza siyasətinə etiraz olaraq bu addımı atdığını bəyan edib.
18 ildir ABŞ Dövlət Departamentində çalışdığını qeyd edən keçmiş sözçü daha sonra yazıb: "ABŞ-ın Qəzza siyasətinə qarşı çıxaraq, istefa verdim. Silah deyil, diplomatiya öndə olsun! Sülhün və birliyin gücü olun!".
Departamentin mətbuat katibinin müavini Vedant Patel Rharritin istefası ilə bağlı xəbəri oxuduğunu desə də, bu barədə danışmaqdan imtina edib.
Samir Musayev
MİA.AZ