"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri "Google" şirkəti təsdiqləyib.
Bildirilib ki, həmin işçilər pozuculuq fəaliyyəti ilə məşğul olublar.
Məlumatda deyilir ki, Google, Amazon və İsrail hökuməti arasında bulud hesablamaları və süni intellekt xidmətləri göstərmək üçün 2021-ci ildə ış 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Bu səbəbdən şirkət işçilərin israilə qarşı hər hansı bir etirazına dözümsüz yanaşır.
Xəbərə görə, keçən həftə də "Google" İsrailə etiraz edən 30 işçini şirkətdən uzaqlaşdırb.
Samir Musayev
MİA.AZ