“Trabzonspor” Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Fatih Karagümrük"ə qalib gəlib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Trabzonspor” oyuna sürətli başlayıb.

Qara dəniz komandasından 15-ci dəqiqədə Edin Viska, 41-ci dəqiqədə Densvil və 49-cu dəqiqədə Fountasın vurduğu qollara qarşı "Fatih Karagümrük" 22-ci dəqiqədə Rayan Mendes, 80-ci dəqiqədə isə Flavio Paoletti ilə hesabı azaldıb.

Onu da qeyd edək ki, “Trabzonspor”da 45-ci dəqiqəsində Enis Destan birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu oyunun cavab qarşılaşması mayın 8-də İstanbulda keçiriləcək.

Fərid

MİA.AZ