Türkiyəniin keçmiş Gənclər və İdman naziri, “Trabzonspor” klubunun keçmiş prezidenti Mehmet Ali Yılmaz evində ölü tapılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yılmazın ölümündə heç bir şübhəli halın təsbit edilməyib.
1948-ci ildə Trabzonda anadan olan Yılmaz uzun illər Trabzonspor klubunun prezidenti olub.
Daha sonra siyasətə qədəm qoyan Mehmet Ali Yılmaz 1991-1993-cü illərdə Gənclər və İdman Naziri vəzifəsində çalışıb.
75 yaşında dünyasını dəyişən sabiq nazirin 5 övladı var.
Lamiyə Əhmədli
MİA.AZ