İstanbulda Fətullahçı Terror Təşkilatının (FETÖ) "hərbi qanadı"na qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardıöı istintaq çərçivəsində hərbi məktəbə qəbul prosesində "day-dayılıq" halları aşkarlanıb: "Bu çərçivədə İstanbulda 15 ünvanda 15 keçmiş hərbçiyə qarşı eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat zamanı onlardan 13-ü saxlanılıb, 2-nin axtarışı isə davam edir".

Fərid

MİA.AZ