ABŞ Senatı TikTok-un Amerikada qadağan edilməsindən bəhs edən qanun layihəsini təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, layihəyə əsasən, TikTok-un çinli sahibi olan ByteDance-ə səhmlərini satmaq üçün doqquz ay vaxt verilib. Əks halda proqram ABŞ-da bloklanacaq.
Məlumata görə, qanun layihəsi bundan sonra ABŞ prezidenti Co Baydenə veriləcək: "Bayden yeni qanunun masasına çatan kimi imzalanacağını bildirib".
Xatırladaq ki, şiurkət heç vaxt səhmini satmayacağını elan edib.
Tahir Şəlvəli
MİA.AZ