İngiltərə Premyer Liqasında iki futbolçu zorlama ittihamı ilə saxlanılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Britaniyanın “The Sun” nəşri yazıb.

Qəzet klub və futbolçularının adını istintaq sirri olduğu üçün çəkmədiyini bildirib: "Ancaq kpklü klublardan birinin 19 yaşlı oyunçu bır qızı zorlayıb, onun komanda yoldaşı is bu zorlamada yer alıb. Bu səbəbdən daxil olan şikayət əsasında polis birbaşa klubda hər iki oyunçunu qandallayıb aparıb".

Məlumata görə,  polisdə bir sutka qaldıqdan sonra onlardan biri girov müqabilində azad edilib.

Hazırda istintaq gedir.

Tahir Şəlvəli

MİA.AZ