İngiltərə Premyer Liqada çıxış edən "Aston Villa"klubu məhur məşqçi ilə yeni müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub baş məşqçi Unai Emeri ilə 2027-ci ilə qədər yola davam edəcək.
Daha əvvəl "Almeriya", "Valensiya", "Spartak Moskva", "Sevilya", PSJ, "Arsenal" və "Vilyarreal"da çalışmış Emeri 2022-ci ildə "Aston Villa"nın sükanı arxasına keçib.
Ötən mövsüm "Aston Villa"nı aşağı liqadan 7-ci yerə çıxaran Emeri komandası ilə UEFA Avropa Konfransı Liqasına vəsiqə alıb. Bu mövsüm Avropa Konfrans Liqasında yarımfinala yüksələn “Aston Villa” 34 həftədən sonra 66 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb.
Fərid
MİA.AZ