Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos"u Yunanıstan superliqasında "AEK Afina" ilə çempionluq uğrunda çətin oyun gözləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu oyun aprelin 24-də, saat 21.30-da başlayacaq.

Lider AEK-in cəmi 1 xal gerisində ikinci pillədə qərarlaşan "Panatinaikos"  son 4 matçda qalib gələrək şempionluq yarıçında iddialı mövqeyə yüksəlib.

Əgər "Panatinaikos" qalib gəlsə, liqanın bitməsinə 4 həftə qalmış 2 xallıq fərqlə liderliyə yüksələcək. 

Hazırda AEK-in 72, Terimin komandası “Panatinaikos”un isə 71 xalı var.

Bu matçdan sonra da "Panatinaikos"u çətin sınaqlar gözləyir. Belə ki, "Yaşıl-ağlar" bazar günü saat 21:30-da səfərdə "Aris"i qəbul edəcək. Mayın 8-i, saat 20:00-da səfərdə PAOK-la, daha sonra - mayın 12-də saat 21:30-da evində "Olimpiakos"la qarşılaşacaq.

"Panatinaikos"un daha bir maraqlı oyunu mayın 18-i şənbə günü saat 16:30-da olacaq. "Panatinaikos" həmin günü Yunanıstan kubokunun finalında "Aris"lə "döyüşəcək"

Fərid Aslan

MİA.AZ