UEFA 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək AVRO-2024-dəki oyunları idarə edəcək hakimlərin adlarını açqıayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  FİFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler də AVRO-2024-də fit çalacaq 19 hakim arasına daxildir.

Turnirdə Halil Umut Melərə kömək edəcək hakimlər Mustafa Emre Eyisoy və Kerem Ersoydur. Alper Ulusoy Video köməkçi hakim (VAR) vəzifəsinə təyin edilib.

Bundan əlavə, UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində argentinalı referi Fakundo Tello da AVRO-24-də fit çalacaq.

Beləliklə, oyunları bu hakimlər idarə edəcək:

Artur Soares Dias (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Letexier, Klement Turpin (Fransa), Denni Makkelie (Hollandiya) , Şimon Marçiniak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Niberq (İsveç), Maykl Oliver, Entoni Taylor (İngiltərə), Sandro Şarer (İsveçrə), Daniel Siebert, Feliks Zwayer (Almaniya), Slavko Vinçiç (Sloveniya), Fakundo Tello (Argentina)

Fərid Aslan

MİA.AZ