Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi YouTube hesabı bərpa olunub.

Bu barədə mərhum ilahiyyatçının rəsmi Feysbuk səhifəsində məlumat yayılıb: “Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik”.

MİA.AZ