"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal "Sivasspor"la oyundan 2-2 hesablı bərabərliklə ayrılmalarının çempionluq yarışından uzaqlaşmaları kimi şərh edilməsini doğru saymır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, son dəqiqədə qapılarına təyin olunan penaltini haqsız heab edərək deyib:
"Biz təbii ki, bu matçdan 3 xal qazanmağı planlaşdırmışdıq. Qarşılaşmanın çətin olacağını bilirdik. Çünki biz "Sivasspor"un son həftələrdə yaxşı mübarizə apardığını və yaxşı qapandığını görürdük. Bu gün də belə idi, bizə qarşı çox qapandılar. Onların müdafiə xəttini yarmaqda çətinlik çəkdik. Təəssüf ki, 2 qol vuraraq önə keçsək də, meydandan heç-heçə ilə ayrıldıq. Oyunçularıma tam güvənirəm, əla xarakterə malik oyunçu qrupumuz var. Azarkeşlərimizə deyirəm, hələ də çempion olacağımıza inanırıq. Qarşıda bizi 5 matç gözləyir və biz bunun hamısına qalib gələrək, çempion olacağıq. Rəqibimizn xal itərəcəyini də gpzləyirik. Qaldı son dəqiqədə qaımıza penalti təyinatına, çempionluğa oynayan komandaya qarşı belə bir penalti verilə bilməz. Bunun necə baş verdiyini hələ də anlamırıq...",
Jurnalistlərdən biri İsmayıl Kartala VAR-da əcnəbi hakim olduğu xatırladarkən isə o, belə cavab verib: "Əcnəbi hakim də, yerli hakim də ola bilər, ancaq bu oyunda ədalət əleyhimizə verildi"
Kartal sonda azarkeşlərədn üzr istəyib.
Fərid
MİA.AZ