Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün "Beşiktaş" "MKE Ankaragücü" ilə səfərdə "döyüşəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu oyun üçün heyətini açıqlayıb. 

Məlumata görə, "Qara qartal"ın heyətində zədəli Serkan Emrecan Terzi, Onur Bulut, Semih Kılıçsoy, Bəxtiyor Zaynutdinov və Tayfur Bingöl yer almayacaq: "Bunun əvəzində Mert Günok, Ömər Kolli, Salih Uçan və Artur Masuaku heyətə cəlb olunub".

Beləliklə, "Beşiktaş"ın "MKE Ankaragücü" matçına aşağıdakı futbolçularla yollanacaq: Mert Günok, Ersin Destanoğlu, Göktuğ Baytekin, Jonas Svensson, Tayyip Talha Sanuç, Omar Colley, Salih Uçan, Cenk Tosun, Vinsent Aboubakar, Milot Rashica, Daniel Amartey, Alex Oxlade-Chamberlain, Joe Worrall, Rachid Decip Uyz, Rachid Ecip Uyz Tıknaz, Ernest Muçi, Artur Masuaku, Əl-Musrati, Cekson Muleka, Fahri Kerem Ay, Umut Meraş, Gedson Fernandes.

Fərid

MİA.AZ