Türkiyə Super Liqasının 33-cü turunda "Qalatasaray"la çempionluq uğrunda "çarpışan" "Fənərbağça" bu gün "EMS Yapı Sivasspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmada iki dəfə önə keçməsinə baxmayaraq, İstanbul klubu hesabı qoruya bilməyib.
Belə ki, oyunun 45-ci dəqiqəsində Fred hesabı açıb - 1:0.
İkinci hissəsində Koita hesaba tarazlıq gətirib - 1:1.
İrfan Can Kahveci 80-ci dəqiqədə "Fənərbağça"nı yenidən önə çıxarsa da, Sivas komandası oyuna əlavə olunmuş dəqiqədə penalti qazanıb. Rey Manaj penaltidə dəqiq oynayıb - 2:2.
Bu nəticədən sonra liqaya 5 həftə qalmış "Fənərbağça" 86 xalla lider "Qalatasaray" aradakı xal fərqini 4-ə çatdırıb.
Fərid
MİA.AZ