Orxan Məmədli
***
"Yüksəliş" müsabiqəsində ötən il 100-dən 94 balla ilk mərhələni keçdim. 4-cü mərhələyə qədər irəlilədim. "Rəqəmsal mərhələsində insanlar xüsusi vatsap qrupları ilə ödənişli əsaslarla suallara cavablar tapırlar" - deyə, məlumatlar yayıldı. Bütün nəsilin bir nəfərin uğuru üçün çalışdığı motivlər haqqında da söhbətlər vardı.
Bu məsələləri Feysbukda "Yüksəliş"in səhifəsinə hərə öz çapına uyğun faktlarla yazmışdı, amma bir qədər sonra şərhlər silinirdi. Mənim riyazi-rəqəmsal bacarıqlarım çox da yaxşı sayılmaz. Amma buna rəğmən optimal bal yığmışdım. Təklif etmişdim ki, bütün imtahanlar əyani olsun. Online subyektivlik şəraiti ilə bağlı narazılığımı ötənilki mətbuat xidmətinə bildirdim.
İndi baxıram, Feysbuk dostluğumda 65-75 bal arası növbəti mərhələyə keçən yoldaşlar var. Belə başa düşdüm, suallar çətinləşib. Ötən il mən imtahan verəndə də, ondan daha əvvəl imtahan verənlər sualların və şərtlərin sərtləşdiyini bildirdilər. Bütün iştirakçıları Nobelə qədər hazırlıq səviyyəsinə gətirmək niyyətimiz var)
Subyektiv tərəfləri olmasa "Yüksəliş" çox əlamətdar proqramdır.
Müşahidə etdiyim bir əhəmiyyətli məqam var, xaricdə təhsilin yoxdursa, sənin kadr bankına düşmə şansın azdır. Təcrübə, cəmiyyəti tanımaq, iş bacağırı, səriştəlilik sonrakı proseslərdir.
Hamıya uğur olsun! Çalışın xaricdə təhsiliniz olsun!
MİA.AZ