"Beşiktaş"ın sabiq futbolçusu Atiba Hatçinson baş məşqçi təyin edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Kanadanın "Kaunti Rovers" komandasının baş məşqçisi postuna gətirilib.
Klub ona karyerasında uğurlar arzulayıb: "Atiba Hatçinsonun komandamıza böyük töhfələr verəcəyinə inanırıq...".
Xatırladaq ki, uzun müddət “Beşiktaş”da çıxış edən Atiba 332 matçda 27 qol vurub, 37 məhsuldar ötürmə edib.
Fərid Aslan
MİA.AZ