Türkiyəli Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" Yunanıstan Superliqasının pley-off mərhələsində səfərdə "Lamia" komandası ilə qarşılaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Lamia Municipal stadionunda keçirilən oyunda "Panathinaikos" 23-cü dəqiqədə Benjamin Verbiç, 45-ci dəqiqədə isə Anastasios Bakasetasın qolları ilə ilk hissəni 2-0 öndə qapadıb.

Terimin komandası ikinci hissəyə də sürətli başlayıb. Belə ki, komanda 54 və 61-ci dəqiqələrdə Fotis İoannidisin, 57-ci dəqiqədə isə Bakasetasın qolları ilə hesabı 5-0-a çatdırıblar.

Onu da qeyd edik ki, "Panatinaikos"un heyətində türk oyunçu Səməd Akaydın 63 dəqiqə meydanda qalıb.

Bu qələbə sayəsində bir oyun üstünlüyü ilə xalını 71-ə yüksəldən "Panatinaikos" 1-ci pilləyə yerləşib. Bir matçı əskik olan AEK 69, iki oyun az keçiriən PAOK isə 67 xala sahibdir.

Fərid Aslan

MİA.AZ