Uzun illər Super Liqada mübarizə aparan, Ziraat Türkiyə Kuboku və Super Kubokunda qalibiyyətləri olan "Akhisarspor" klubu tarixinin ən ağır günlərini yaşayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin 3-cü Liqasında mübarizə aparan "Akhisarspor" doğma meydanında "Erbaaspor"a 6-2 hesabı ilə məğlub olaraq Regional Həvəskarlar Liqasına "yuvarlanması"nı rəsmiləşdirib.

Xatırladaq ki, vaxtilə Super Liqada mübarizə aparan "Akhisarspor" "Fənərbağça"nı məğlub edərək Ziraat Türkiyə Kubokunu qazanıb. Klub bununla yanaşı, daha bir köklü komandanı - "Qalatasaray"ı da məğlub edərək Superkuboku muzeyinə aparıb. İndisə klub so pillədə - Regional Həvəskarlar Liqasında mübarizə aparacaq.

Fərid

MİA.AZ