"Türk futbolunun gələcəyindən ümidli deyiləm".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "MKE Ankaragücü" komandasının baş məşqçisi Emre Belözoğlu deyib.

Boğaziçi Universitetində tələbələrin suallarını cavablandıran Emre bildirib ki, Türkiyə futbolu tarixinin ən ağır və uzun müddət "sağalması" mümkün olmayan böhrandadır: "Türk futbolunun ən azı 25-30 düzəlcəyinə inanmıram. Bunun üçün futbolun başına mütləq idealistlər gəlməidir. Hər il qayda-qanun dəyişən sistemlər bu sahəni elə günə qoyub ki... 

Türk futbolu hazırda komadadır, təcili əməliyyat masasına peşəkar və idealistlər gəlməlidir ki, 20-30 illik sistemlə ölkəni vəziyyətdən çıxarmaq olsun. İnanın, türk futbolunda idealistlər var. O insanlara sadəcə yol açacaq bir sistem yaratmaq gərəkdir. Daha sistemli və fəlsəfi dəyişikliklər etmək lazımdır. Hər il dəyişən qayda-qanunlarla nəsə etmək mümkün deyil, bu sahə bununla daha "yüngül-saqqal" olur. Baxən 8 milyon əhalisi olan Xorvatiyaya. Onlar Avropanın bütün liqalarında var, oynayırlar. Dünya çempionatında şansları həmişə üstün göstərilir. Bir də 83 milyonluq Türkiyəyə baxın...".

Fərid Aslan

MİA.AZ