Ötən mövsüm "Mançester Siti"dən "Barselona"ya transfer olunan türk əsilli İlkay Gündoğan Çempionlar Liqasında PSJ-yə məğlubiyyətdən sonra komanda ilə yollarını ayırmağa qərar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan və bununla da məğlubiyyəti qaçılmaz edən Ronald Araujo ilə "dilləşən" İlkay ayrılmaq barədə klub rəhbərliyi ilə danışıb.
İspaniya mətbuatı yazır ki, o, mövsüm bitən kimi klubla müqaviləyə son verəcəyini deyib: "Klub isə onun bu istəyinə "yox" deməyib".
Fərid
MİA.AZ