Konfrans Liqasının 1/4 finalının cavab matçında "Fənərbağa"nı 3-2 hesabı ilə məğlub edən "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar oyundan sonra qələbə taktikasını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul komandasının oyunçularına oyun ərzində topla daha çox oynamağa şərait yaradaraq, onları məqsədli yorduqlarını xüsusi vurğulayıb: "Çox ağır oyun oldu. Komandamın dözümlüyünü sondak maksimum qorumağa çalışdım. 10-cu dəqiqədə qol buraxdıq, amma basqılara qarşı səbrlə dura bildik. Topu daha çox rəqibə verdik, onları topla daha çox oynadıb yorduq. Penaltilərə qədər bu taktikanı uğurla davam etdirdik. Penaltilər isə artıq futbolçuların fərdi bacarığından aslı idi. Yarımfinala yüksəlməkdən məmnunam. Ümid edirəm ki, komandanı daha da irəli aparacağam”.

Fənərbağça"nın baş məqşçisi İsmail Kartal isə qələbəyə layiq olduqlarını deyib və penaltini vura bilməyən təcrübəli oyunçularından gileylənib. O, azarkeşlərdən də üzr istəyib.

Fərid

MİA.AZ