"DÇ-2014"ün H qrupunda Əlcəzairlə 1:1 bərabərə qalan Rusiya millisi mundialda mübarizəni dayandırıb. Oyundan sonra mətbuat konfransı keçirən Rusiya yığmasının baş məşqçisi Fabio Kapello türkiyəli hakim Cüneyt Çakırın idarəçiliyindən şikayətlənib: "Cərimə zərbəsindən qol buraxdıq. Hansı ki, orada kobudluq yox idi. Referi həmin epizoddan bir neçə saniyə öncə qapıçımız İqor Akinfeyevin üzünə lazer işığını salınmasına reaksiya vermədi. Günahkar hakimdir.

Mən komandanı "DÇ-2018"ə yox, bugünkü oyuna hazırlamışdım. Rəqib çox yaxşı komandadır. Dünya çempionatında belə səviyyəli komanda görməmişəm. Məncə, onlar Almaniya millisini də məğlub edə bilərlər. Biz isə artıq çamadanlarımızı hazırlamalıyıq. Çünki kiçik bir səhv bizə baha başa gəldi. Əlbəttə, rəhbərlik istəsə, Rusiya millisindəişimi davam etdirmək niyyətindəyəm".