İxtiyar Əsgərov

MATÇa.az-ın baş redaktoru 

***

Ölkəmizdə fəaliyyət göstərən bukmeker kontorları həftəsonu keçiriləcək oyunların əmsallarını açıqlayıb. Şərqdən Qərbə, Şimaldan Cənubadək az qala bütün ölkələrin şənbə və bazar günləri yüksək, hətta ikinci liqalarında baş tutacaq görüşlərə 4 gün öncədən pul qoyuluşu qəbul edilsə də, yerli kontorlarda ovcumuzun içində olan Premyer Liqamızın “stavka”larına rast gəlinmir.

Halbuki, 2 gün sonra çempionatın 31-ci turuna Tovuzda yerli “Turan”la “Sumqayıt” arasındakı oyunla start veriləcək. Bu komandalar cari mövsüm 3 dəfə qarşılaşıb və hər üçü bərabərliklə yekunlaşıb: 0:0, 2:2, 0:0.

Əslində, həm bu üç qarşılaşmaya, həm turnir cədvəlinə nəzər yetirdikdə, şanslar bərabərdi, aşkar favorit yoxdu. Amma “Turan” öz meydanında, güclü azarkeş dəstəyi altında oynayacaq. 30 il sonra avrokuboklara vəsiqə qazanmaq şansı hardasa öz əlindədi. Bu səbəbdən bukmekerlər son turlardakı statistikasına əsasən “Turan”a üstünlük verməlidi, yəni onlara açılan qələbə əmsalı “Sumqayıt”la müqayisədə az olmalıdı. Çünki Qərb təmsilçisi evində keçirdiyi son 5 oyunda yalnız “Qarabağ”a uduzsa belə, qol vurmağı, ilk yarını öndə başa vurmağı bacarıb.

Düzdü, hələlik Tovuzdakı matçın əmsalları bəlli deyil. Yaxın saatlarda açıqlanacaq əmsallara diqqət etmək lazımdı, əgər “Sumqayıt”ın qələbə şansı daha çox, yəni qələbə əmsalı az göstərilsə, deməli, torbada pişik - hakim - var )

Maraqlıdı, bu “stavka”ya dəstək verən hakim kim olacaq?

Allah bilir, nə iş qarışdırılır )

Şəxsi fikrim, son turlarda baş verənlər, hakimlərin bitərəf idarəçiliyi barədə deyilənlər, iddialar yalan deyilsə, öz meydanında hər oyunda qol vuran “Turan” bu dəfə azarkeşlərini məyus edəcək. Belə olacaqsa, demək, “dartılma” söhbəti əbəs yerə səslənmir...

MİA.AZ