Ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda(ilk ouun 3:3 bitib) “Mançester Siti” öz meydanında “Real”ı qəbul edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, normal vaxt və əlavə vaxtda 1-1 hesabı ilə bitən nəhəng qarşılaşmada penaltilər seriyasında rəqibinə 4-3 hesabı ilə qalib gələn “Real” yarımfinala yüksəlib. 

Etihad Stadionunda nəfəs kəsən matçın 12-ci dəqiqəsində "Real Madrid" Rodriqonun qolu ilə 1-0 önə  keçsə də,  “Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında 76-cı dəqiqədə Kevin De Bruyne ilə bərabərliyi təmin ediob - 1:1.

Matçın əsas və əlavə vaxtı da bu hesabla bitdiyndən qalib penaltilər seriyası ilə müəyyənləşib. P

"Mançester Siti"də Julian Alvares, Fil Foden və qapıçı Ederson zərbələri qola çevirsələr də, Bernardo Silva və Mateo Kovaçiç penaltidən yararlana bilməyiblər.

"Real Madrid"in heyətində isə Jude Bellingham, Lukas Vazquez, Nacho və Antonio Rüdiger penaltidə dəqiq olublar. Lakin Luka Modriç "silahdaşları" kimi olmayıb. Onun zərbəsini qapçı dəf edib. 

Beləliklə, “Real Madrid” yarımfinalda digər İngiltərə komandası “Arsenal”ı mübarizədən kənarlaşdıran Almaniyanın “Bavariya" klubu ilə qarşılaşacaq.

Onu da qeyd edək ki, “Don Karlo” ləqəbli Karlo Ançelotti Arda Güləri oyuna buraxmayıb.

Xatırladaq ki, 30 aprel-1 may və 7-8 may tarixlərində yarımfinallar, iyunun 1-də isə final oyunu olacaq.

Fərid Aslan

MİA.AZ