Brazilyada dünyanı heyrətə salan hadisə baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmayan bir qadın yeni ölən əmisini əlil arabasına qoyaraq tələsik banka gətirib.
Brazilya mətbuatı yazır ki, o, ölən əmisinə "yaşayr" görkəmi verərək, bank işçilərini aldatmaq və onun adına kredit açdırmağa çalışıb. Lakin bank mütəxəssisləri əlil arabasındakı şəxsin hərəkətsizliyindən şübhələnərək mühafizəçilərdən onu yoxlamağı istəyiblər: "Bu zaman qadın panikaya düşsə də, o, əli ilə ölü əmisinin əl-qolunu, başını o tərəf-bu tərəf edərək, salamat olması görüntüsü verməyə can atıb. Ancaq mühafizəçilər adamın öldüyünə əmin olduğundna polisə məlumat veriblər. Polis qadını saxlayıb...".
Xəbərdə deyilir ki, plis həmin qadının adını hələki açıqlamağı məqbul saymayıb...
Firudin Səfərli
MİA.AZ