İtaliyanın "Yuventus" komandasının formasını geyinən Türkiyə millisinin oyunçusu Kənan Yıldızla bağlı maraqlı xəbər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubu Kenan Yıldızla müqaviləni yeniləməyə hazırlaşır.

Məlumata görə, "Yuventus" 18 yaşlı Kənan Yıldızla 4 illlik müqavilə bağlayacaq: "Müqavilə şərtinə əsasən,  tür futbolçunun hər ili üçün sabit bir milyon maaş və əlavələr və üstəlik bonuslar veriləcək". 

Xatırladaq ki, Kenan bu mövsüm "Yuventus"un heyətində indiyədək 25 matçda meydana çıxıb və 3 qol vurub.

Fərid

MİA.AZ