Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti gözlənilməz nəticə Dortmund "Borussiya"sı ilə "Atletiko Madrid" arasında keçirilən ötən axşamkı oyunda yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu oyunda İspanuya komandası üçün sürpriz acı sonluqla bitib.
Belə ki, Dortmund "Borussiya"sı 2:1 hesabı ilə uduzduğu oyunun revanşında "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
“Siqnal İduna Park”da keçirilən görüşün 34-cü dəqiqəsində Julian Brandt, 39-cu dəqiqədə İan Maatse almanları önə çıxarıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada İspaniya komandası 49-cu dəqiqədə Mats Hummels (öz qapısına), 64-cü dəqiqədə isə Anxel Korreanın qolu ilə hesabı bərabərləşdirib - 2:2.
71-ci dəqiqədə Niclas Füllkrug Borrussiya"nın daha bir qoluna imza atıb - 3:2.
Bu qoldan cəmi 3 dəqiqə sonra Marsel Sabitzer hesabı yenidən dəyişib - 4-2.
Beləliklə, oyun bu hesabla almanların xeyrinə başa çatıb.
Bu nəticələrdən sonra yarımfinalda PSJ və Dortmund "Borussiya"sı qarşılaşacaq.
Xatırladaq ki, bu oyunla eyni avxtda baş tutan qarşılaşmada "Barselona" doğma meydanında PSJ-yə 4-1 heabı ilə uduzaraq turnirlə vidalaşıb.
Onu da qeyd edək ki, 30 aprel - 1 may və 7-8 may tarixlərində yarımfinal görüşləri olacaq. Final isə iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.
Fərid Aslan
MİA.AZ